“Qarabağ” – “Lion” matçı serbiyalılara tapşırıldı

qarabag-lion-matci-serbiyalilara-tapsirildi
Oxunma sayı: 1987

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Fransanın “Lion” klubu ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, UEFA noyabrın 28-də Bakıda təşkil olunacaq görüşü Serbiyadan olan hakimlər briqadasına həvalə edib:

28 noyabr
“Qarabağ” – “Lion”

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Nenad Minaković
Baş hakimin köməkçiləri: Nikola Borović, Boško Božović
Dördüncü hakim: Milan Mitić
VAR: Momčilo Marković
AVAR: Novak Simović
(Hakimlər briqadası Serbiyadandır)