“Qarabağ” Londonda tıxaca düşdü - Yenilənib

qarabag-londonda-tixaca-dusdu
Oxunma sayı: 7617

Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Tottenhem” - “Qarabağ” matçı gec başlayacaq.

“Qafqazinfo”nun məlumatına görə, buna səbəb Ağdam klubunun stadiona gələrkən tıxaca düşməsidir.

Qeyd edək ki, matçın daha öncə Bakı vaxtı ilə 23:00-da başlanması nəzərdə tutulmuşdu.

***

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, komanda artıq stadiondadır. O bildirib ki, qarşılaşma Bakı vaxtı ilə 23:35-də başlayacaq.