“Qarabağ” onun adını ÇL-in iştirak ərizəsindən çıxardı

qarabag-onun-adini-cl-in-istirak-erizesinden-cixardi
Oxunma sayı: 1874

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.

Bu barədə “Qafqazinfo”ya klubun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yarımmüdafiəçi Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəz edib. 

Komandanın yeni transferi Jeremi Qnali isə iştirak ərizəsinə salınmayıb. 

“Qarabağ” siyahıya başqa heç bir futbolçunu əlavə edə bilməyəcək. UEFA-nın tələbinə görə yalnız əvvəlki siyahıdan hansısa futbolçunu çıxarıb digərini əlavə etmək olar. 

Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk görüş fevralın 18-i saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-25-nə keçən gecə saat 00:00-da İngiltərədə oynanılacaq.