“Qarabağ” Pakistan yığmasının üzvünü heyətə qatdı

qarabag-pakistan-yigmasinin-uzvunu-heyete-qatdi
Oxunma sayı: 466

“Qarabağ” heyətinə yeni futbolçu cəlb edib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Pakistanın U-20 yığmasının kapitanı Əbdül Səməd Xanla anlaşıb.

Onunla 2 illik müqavilə imzalanıb.

Səməd “Qarabağ”ın U-17 və U-19 yaşlılardan ibarət heyətlərində oynayacaq.

Yarımmüdafiəçi Pakistanın U-17 yığmasının da kapitanı olub.