UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq “Qarabağ” çətin durumla üzləşib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu fevral ayında çox sıx oyun qrafikində meydana çıxacaq.
Belə ki, Ağdam təmsilçisi 24 gün ərzində 7 matç oynayacaq.
Bu matçların ən çətin olanları təbii ki, “Nyukasl”a qarşı görüşlərdir. Amma Premyer Liqada çempionluğu da hədəfləyən Qurban Qurbanovun yetirmələri bu müddətdə həm də “Neftçi” və lider “Sabah”a qarşı oynayacaqlar.
Hər iki matç çempionluq yolunda olduqca vacibdir. Bu qarşılaşmalardan biri “Nyukasl”la pley-off-un səfər görüşündən 3 gün əvvələ, biri isə 4 gün sonraya təsadüf edir.
Üstəlik, “Qarabağ” fevralın 5-dən başlayan marafonda süni örtüklü meydançada oynayan “Şamaxı” səfərinə və “İmişli” ilə oyun üçün qazonu bərbad olan Quba Olimpiya Kompleksinin stadionuna səfər edəcək.
Bu arenalar Ağdam klubunun futbolçuların zədə almaq riskini də yüksəldir.
Qurban Qurbanovun bu durumdan komandasını necə çıxaracağı isə maraqla gözlənilir.
05.02.2026 - “Şamaxı” – “Qarabağ” (Azərbaycan Kuboku)
10.02.2026 - “Şamaxı” – “Qarabağ” (Premyer Liqa)
14.02.2026 - “İmişli” – “Qarabağ” (Premyer Liqa)
18.02.2026 - “Qarabağ” – “Nyukasl” (Çempionlar Liqası, pley-off, ilk görüş)
21.02.2026 - “Neftçi” – “Qarabağ” (Premyer Liqa)
24.02.2026 - “Nyukasl” – “Qarabağ” (Çempionlar Liqası, pley-off, cavab görüşü)
01.03.2026. “Qarabağ” – “Sabah” (Premyer Liqa)
Son xəbərlər
Son Xəbərlər