Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasında 4-cü tur başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, günün ilk görüşü "Neftçi Arena"da keçirilib.
Yerli komanda "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Turun son görüşü isə "Qarabağ" və "Kəpəz" arasında baş tutub. "Azərsun Arena"dakı matçda qalib müəyyənləşməyib. Matç heç-heçə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
IV tur
27 avqust
"Neftçi" - "Qəbələ" 2:0
"Qarabağ" - "Kəpəz" 1:1
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail” "Turan Tovuz”a 3:1, "Zirə” "Sabah”a 1:0 hesabı ilə qalib gəlib. "Araz-Naxçıvan”la "Sumqayıt” isə heç-heçə (1:1) ediblər.
Son xəbərlər
Son Xəbərlər