“Qarabağ”dan qələbəyə bərabər heç-heçə - Yenilənib+Video

qarabagdan-qelebeye-beraber-hec-hece
Oxunma sayı: 12418

“Qarabağ” Avropa Liqasının 5-ci turu çərçivəsində “Molde”nin qonağı olacaq. “Qafqazinfo” xəbər verir ki, Norveçdə keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Bu qarşılaşma Azərbaycan klubu üçün həlledici ola bilər. Qurban Qurbanovun komandası qrupda “Molde” ilə eyni xala malikdir. Qrup lideri “Bayer”in növbəti mərhələyə adlamasından sonra ikincilik uğrunda bu iki komanda arasında mübarizə gedir. 

Azərbaycan təmsilçisi üçün səfərdən heç-heçə ilə dönmək də uğurlu nəticə sayıla bilər. Çünki “Qarabağ” son turda evdə qrupun autsayderi “Hekken”i qəbul edəcək. 

30 noyabr
UEFA Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur

00:00. “Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika) 

***

Komandaların start heyətləri açıqlanıb:

“Molde”: 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. Maqnus Volf Eykrem (k), 9. Volon Berişa

Baş məşqçi: Erlinq Moe

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo

Baş məşqçi: Qurban Qurbanov

***

Matç başladı.

***

11-ci dəqiqədə “Qarabağ” hesabı açdı, Olaviyo Juninyo fərqləndi.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

82-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdir. Eriksen topu təmsilçimizin qapısından keçirir - 1:1.

***

87-ci dəqiqədə “Molde” hesabda önə keçir. Eriksen dubl edir. 

***

90+5-ci dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirir - 2:2. Bəhlul Mustafazadə Ağdam klubuna nəfəs verən qola imza atır.

***

***

Matç başa çatdı. “Qarabağ” Norveç səfərindən sərfəli heç-heçə ilə qayıdır - 2:2. Hazırda hər iki komandanın aktivində 7 xal var. Ağdamlılar şəxsi oyunlarda üstünlüyə görə Norveç təmsilçisini qabaqlayır. Qurban Qurbanovun komandası sonuncu turda “Hekken”i qəbul edəcək, “Molde” isə Leverkuzen “Bayer”i ilə üz-üzə gələcək.