“Qarabağ”dan yeni transfer

qarabagdan-yeni-transfer
Oxunma sayı: 2396

"Qarabağ" qış fasiləsində növbəti transferini reallaşdırıb.

“Qafqazinfo” sportal.az-a istinadən xəbər verir ki, "Sumqayıt"ın gənc qolkiperi Şahruddin Məhəmmədəliyev "kimyaçılar"la müqaviləsini qarşılıqlı şəkildə ləğv edib.

Artıq Şahruddinin yeni komandası da məlumdur. Belə ki, qolkiper "Qarabağ"la razılaşıb. Məhəmmədəliyevin sabah Ağdam təmsilçisinin Antalyadakı təlim-məşq toplanışına qoşulacağı gözlənilir.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev həm də 21 yaşlılardan ibarət millimizin üzvüdür.