UEFA Çempionlar Liqasında “Qarabağ”ın növbəti rəqibi olan “Ayntraxt”da (Frankfurt) ciddi kadr islahatları davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, baş məşqçi Dino Toppmöllerin istefasından sonra klub rəhbərliyi onun köməkçiləri ilə də vidalaşmaq qərarına gəlib. Belə ki, texniki heyətdə yer alan Stefan Buk, Nelson da Silva Morqado və Xaver Zembrodla əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son qoyulub. Toppmöllerin heyətindən yalnız Yan Fisser komandada saxlanılıb.
Qeyd edək ki, Frankfurt təmsilçisi ilə yollarını ayıran mütəxəssislər ötən mövsüm komandanın Bundesliqada 3-cü pilləni tutmasında və UEFA Avropa Liqasının 1/4 finalına yüksəlməsində böyük pay sahibi olublar.
Xatırladaq ki, “Ayntraxt”ı Bakıda keçiriləcək “Qarabağ” matçına müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Dennis Şmitt hazırlayacaq. Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Son xəbərlər
Son Xəbərlər