“Qarabağ”ın matçında Abdolbari Gozala görə sükut olacaq

qarabagin-matcinda-abdolbari-gozala-gore-sukut-olacaq
Oxunma sayı: 1749

Bir neçə gün öncə Dubayda vəfat edən “Qarabağ”ın fəxri-prezidenti və sahibi Abdolbari Gozal klubun Avropa Liqasında sabah Rumıniyanın FKSB klubuna qarşı keçirəcəyi matçda 1 dəqiqəlik sükutla yad ediləcək.

Bu barədə “Qafqazinfo”ya klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, bir dəqiqəlik sükutla yanaşı futbolçular meydana qara sarğı ilə çıxacaqlar.