“Qarabağ”ın oyunu yerli kanallarda niyə yayımlanmadı? - Açıqlama

qarabagin-oyunu-yerli-kanallarda-niye-yayimlanmadi
Oxunma sayı: 10442

Hazırda Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə “Qarabağ” səfərdə Sloveniyanın “Olimpiya” futbol klubu ilə qarşılaşır.

“Qafqazinfo” xəbər verir ki, matç Azərbaycanın heç bir kanalında canlı yayımlanmır.

“İdman Azərbaycan” kanalı matçın yayımlanacağını elan etsə də, hazırda kanalda başqa veriliş təqdim olunur.

***

“Qarabağ” futbol klubu oyunun canlı yayımlanmaması ilə bağlı məlumat paylaşıb.

“Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürmüşdür. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlandıra bilmir.

Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”, - məlumatda qeyd olunub.

***

Məsələ ilə bağlı “İdman Azərbaycan” kanalı da məlumat yayıb:

“Əziz izləyicilər, texniki problem səbəbilə “Olimpiya” – “Qarabağ” matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”

***

“İdman Azərbaycan” “Qarabağ”ın oyununun yayımını 68-ci dəqiqədən bərpa edib.