“Qarabağ”ın futbolçusu Coni Montiel bu gün əməliyyat olunub.
Bu barədə “Qafqazinfo”ya Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Zədəsi ciddi olan futbolçu 1 ay yaşıl meydanlara qayıtmayacaq. Montiel üçün mövsüm artıq başa çatıb.
Qeyd edək ki, Montiel Misli Premyer Liqasının XXI turunun təxirə salınmış “Neftçi” ilə oyununun 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud davranışından sonra zədələnərək birbaşa xəstəxanaya aparılmışdı.
“Neftçi” – “Qarabağ” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər