“Sabah” “Qarabağ”ı devirib ölkə kubokunu qazandı! - Yenilənib

sabah-qarabagi-devirib-olke-kubokunu-qazandi
Oxunma sayı: 8843

Bu gün “Qarabağ”la “Sabah” qarşı-qarşıya gələcək.

“Qafqazinfo”nun məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionda baş tutacaq görüşdə Azərbaycan Kubokunun qalibinin adı bəlli olacaq.

Görüş saat 19:00-da start götürəcək.

31 may

Azərbaycan Kuboku

Final

Saat 19:00, “Qarabağ” – “Sabah” - 2:3

***

Matç başladı

***

36-cı dəqiqədə “Sabah” penaltidən hesabı açır. Şafranko fərqlənir.

***

45+1-ci dəqiqədə Kadi Borxes hesabı bərabərləşdirir - 1:1.

***

67-ci dəqiqədə “Qarabağ” hesabda öncə çıxır. Con İrasabal topu öz qapısına göndərir - 2:1.

***

“Sabah” Kahim Parrisin 90+7-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirir - 2:2.

***

Qarşılaşmanın 90 dəqiqəsində qalib müəyyənləşmədiyi üçün əlavə hissələr oynanılacaq.

***

Oyun başa çatdı. “Sabah” “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edərək tarixində ilk titulunu qazanır.