Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar

qaradagda-agir-qeza
Oxunma sayı: 5327

Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub.

“Qafqazinfo”nun xəbərinə görə, qəza hadisəsi rayonun Qobustan qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını “VAZ 21015” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ” markalı avtomobildə olan Mədət adlı sərnişin dünyasını dəyişib. Digər avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı