7 oktyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Qaradağ Rayon İcra Hakimiyyətində sakinlərlə görüşüb və vətəndaşların qəbulunu keçirib.
“Qafqazinfo” xəbər verir ki, 118 sakinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib.
Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal həllini tapıb.
Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Rayon sakinləri dövlət başçısının əhalinin rifahına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, problemlərin həllinə yönəlmiş tədbirlərdən razılıqlarını ifadə ediblər.



Son xəbərlər
Son Xəbərlər