Qaribaşvili həbsxanaya göndərildi

qaribasvili-hebsxanaya-gonderildi
Oxunma sayı: 1914

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili məhkəmə zalındaca həbs edilərək Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda sabiq hökumət başçısı xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı üzrə təqsirli bilinib.

Məlumata görə, məhkəmənin hökmü elan olunduqdan dərhal sonra İrakli Qaribaşvili ciddi mühafizə altında Rustavidə yerləşən 12 saylı həbsxanaya aparılıb.

Xatırladaq ki, 5 illik həbs cəzası ilə yanaşı, sabiq Baş nazir 1 milyon lari məbləğində cərimələnib və cinayət yolu ilə əldə etdiyi, o cümlədən mənzilində axtarış zamanı tapılan 6,5 milyon ABŞ dolları məbləğində vəsait dövlət nəfinə müsadirə olunub.

İstintaq müəyyən edib ki, o, vəzifədə olduğu 2019-2024-cü illər ərzində qanunsuz biznes fəaliyyəti ilə məşğul olub və əldə etdiyi gəlirləri ailə üzvlərinin adına keçirməklə leqallaşdırıb/