ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” platformasında İranın hərbi zərbələr nəticəsində tamamilə məhv edilə biləcəyi barədə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri aprelin 2-də Kərəc şəhərindəki strateji körpünün dağıdılmasından sonra Tehranı təslim olmağa çağırıb:
“İranın ən böyük körpüsü çökür və bir daha istifadə olunmayacaq. Qarşıda hələ çox şey var! Çox gec olmamışdan əvvəl razılaşma əldə etməyin vaxtıdır”.
Xatırladaq ki, ABŞ və İsrail qüvvələrinin hədəf aldığı mühəndislik şah əsəri hesab olunan B1 körpüsü dünyanın ən mürəkkəb konstruksiyalarından biri sayılırdı. Belə ki, sözügedən körpü Kərəclə Tehranı bir-birinə bağlamaq üçün inşa edilirdi.
Son xəbərlər
Son Xəbərlər