Qatlanan “iPhone” belə görünəcək - Dizayn və qiymət açıqlandı - Fotolar

qatlanan-iphone-bele-gorunecek
Oxunma sayı: 3762

“Apple”ın ilk qatlanan smartfonu “iPhone Fold”un 2026-cı ilin payızında təqdim ediləcəyi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, kitab formasında açılan cihaz 7,76 düymlük daxili ekranla təchiz olunacaq və ölçü baxımından “iPad mini”yə bənzəyəcək.

Modelin qatlanan displeyi “Samsung Display” tərəfindən istehsal ediləcək. Cihazın iki ekranlı olacağı, arxa hissəsində iki kamera, daxili ekranda isə ekranaltı ön kamera yerləşdiriləcəyi bildirilir.

Menteşə mexanizminin “liquidmetal” materialından hazırlanacağı gözlənilir. Analitiklərin proqnozuna əsasən, “iPhone Fold”un qiyməti 2 000 dollardan yuxarı olacaq.

“Apple” yayılan məlumatları hələlik rəsmi şəkildə təsdiqləməyib.