Qaxa istirahətə gedən Kürdəmir sakini ölüb.
“Qafqazinfo”nun məlumatına görə, Kürdəmir sakini, 1971-ci il təvəllüdlü Kərimov Namiq Əliabbas oğlu Qaxın Ağçay kəndində hovuzda çimərkən anidən halı pisləşib.
O, Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər