Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var

qaxda-agir-qeza
Oxunma sayı: 549

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hahisə Qax-Şəki avtomobil yolunun Qax rayonunun Əmbərçay kənd ərazisindən keçən hissəsində olub.

Belə ki, iki avtomobil toqquşub və yol kənarına aşıblar

İlkin məlumata görə, Tacəddin Əhmədov adlı şəxs hadisə yerində ölüb, Həşimov Xəyal Abdul oğlu, Abdullayev Zaur Səid oğlu, Manafov Novruz Şəmil oğlu isə xəsarət alıb.

Onlar Qax rayon xəstəxanasına çatdırılıb.

Mübariz Muradov