Qaxda iki maşın toqquşdu - Ölən var +Foto-Yenilənib

qaxda-iki-masin-toqqusdu
Oxunma sayı: 1403

Qaxda iki minik avtomobili toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar - Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının  Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. onlardan G.Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza zamanı xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Mübariz Muradov