Qaydaları pozdu, sonra da polisə tabe olmadı

qaydalari-pozdu-sonra-da-polise-tabe-olmadi
Oxunma sayı: 443

Bakıda ictimai qaydaları pozan taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Ağ şəhər kompleksindəki Yaşıl ada küçəsində qeydə alınıb.

Yol polisi əməkdaşları ikinci hərəkət zolağında dayanan taksi sürücüsünə qaydaları pozduğunu bildiriblər. Bu zaman 1988-ci il təvəllüdlü sürücü A.Rzayev (şərti) tabesizlik göstərərək ictimai qaydaları pozub.

Polis əməkdaşları tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə aparılan şəxs barəsində protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə taksi sürücüsü 8 sutkalıq inzibati həbs edilib.

Aslan Vəliyev