Qazaxda kişinin meyiti qardaşının həyətindən tapıldı

qazaxda-kisinin-meyiti-qardasinin-heyetinden-tapildi
Oxunma sayı: 2505

Qazaxda evin həyətində kişi meyiti tapılıb.  

“Qafqazinfo” xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb. 

Belə ki, 1963-cü il təvəllüdlü Əhmədov Ənvər İmran oğlunun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev