Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri dəyişdi

qazaxistan-milli-tehlukesizlik-komitesinin-sedri-deyisdi
Oxunma sayı: 3535

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin imzaladığı sərəncamda deyilir. Məsimovun yerinə Yermek Aldaberqenoviç Saqimbayev sədr təyin edilib.

Qeyd edək ki, Məsimov 2016-cı ildən Qazaxıstan MTK-nın sədri idi.

Fotoda: Kərim Məsimov