Qazaxıstanda qırıcı təyyarə qəzaya düşdü

qazaxistanda-qirici-teyyare-qezaya-dusdu
Oxunma sayı: 1323

Qazaxıstanda “Su-30SM” qırıcı təyyarəsi qəzaya uğrayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Müdafiə Nazirliyi yayıb. 

Hadisə Karaqanda vilayətində təlim uçuşu zamanı qeydə alınıb. 

Təyyarədə olan ekipaj üzvləri vaxtında katapult edə bilib və xəsarət alan olmayıb.