Qazaxıstanda tutulan şəxs Azərbaycana gətirildi

qazaxistanda-tutulan-sexs-azerbaycana-getirildi
Oxunma sayı: 523

Baş Prokurorluğun vəsatəti əsasında Qazaxıstanda tutulmuş Azərbaycan vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin ekstradisiyası haqqında qərar qəbul olunub.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, DİN-in Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Ramazan Herayev Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.