Qaziantep Aeroportunda Ümrə ziyarətinə uçmağa hazırlaşan sərnişinlər arasında dava düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə sərnişinlər arasında yaranan anlaşılmazlıq nəticəsində baş verib.
İlkin məlumata görə, sərnişinlər arasında sözlü mübahisə artaraq əlbəyaxa davaya dönüb.
Nəticədə hava limanında gərgin anlar yaşanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları davanın səbəbkarlarını nəzarətə götürüblər. Rəsmi qurumların məlumatına görə, hadisə ilə bağlı araşdırma başlanılıb. Davanın hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik açıqlama verilməyib.
Faktla bağlı araşdırma davam edir.
Son xəbərlər
Son Xəbərlər