“Qəbələ” öz meydanında “Kəpəz”ə uduzdu

qebele-oz-meydaninda-kepeze-uduzdu
Oxunma sayı: 1824

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün ilk matçı Qəbələdə baş tutub.

“Qəbələ” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyunda 3 cavabsız qola seviniblər.

“Zirə” isə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Daha öncə “Sumqayıt” evdə “Qarabağ”a 1:6 hesabıyla uduzub. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
16-cı tur
9 dekabr
“Qəbələ” – “Kəpəz” 0:3

Qol: Georgi Papunaşvili, 6; 72. Adama Niane, 70.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.