“Qəbələ” “Şamaxı”ya qarşı - Sonuncu turun oyunları başlayır

qebele-samaxiya-qarsi
Oxunma sayı: 354

Misli Premyer Liqasında sonuncu – 33-cü tura bu gün bir oyunla start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, turun ilk matçında “Qəbələ” “Şamaxı” ilə üz-üzə gələcək.

Qarşılaşma saat 18:30-da Qəbələ şəhər stadionunda start götürəcək. Meydan sahibləri 24 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.

Tura mayın 24-də yekun vurulacaq.