Misli Premyer Liqasında III tura bu gün start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.
İlk olaraq “Qəbələ” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.
Günün ikinci oyununda “İmişli” “Şəfa”nın qonağı olacaq. Bu matç saat 20:15-də başlayacaq.
Xatırladaq ki, III turun digər qarşılaşmaları 30 və 31 avqustda keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, III tur
29 avqust
18:00. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.
Qəbələ şəhər stadionu
20:15. “Şəfa” – “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
"SOCAR Polymer Arena"
Son xəbərlər
Son Xəbərlər