Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

qebelede-16-yasli-qiz-emeliyyatdan-uc-gun-sonra-oldu
Oxunma sayı: 5470

Qəbələdə boğaz əməliyyatı olunan 16 yaşlı qız xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına  boğaz əməliyyatı üçün müraciət edib. 

Yeniyetmə əməliyyatdan üç gün sonra xəstəxanada dünyasını dəyişib. 

Hadisə ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 23-ü 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub. 

Əməliyyatdan sonra xəstə tam ayılmış və adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və zəruri tibbi yardımlar göstərilib. 

İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:35 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.