“Qəbələ”nin qolu buna görə ləğv edildi - Video

qebelenin-qolu-buna-gore-legv-edildi
Oxunma sayı: 1091

“Qəbələ” və “Sabah” (0:1) arasında keçirilən gərgin qarşılaşmada ev sahiblərinin oyunçusu Prins Ovusunun vurduğu cavab qolu VAR-dan sonra ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, Misli Premyer Liqasının XX turunun bağlanış matçının 87-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirsələr də, qol qeydə alınmayıb.

Baş hakim Rauf Cabarov VAR otağından gələn xəbərdarlıqdan sonra monitora yaxınlaşıb və epizodu təkrar izləyib. Bundan sonra hakim “Qəbələ”nin hücum zamanı meydan sahiblərinin futbolçusunun cərimə meydançasında əllə oynadığını müəyyən edərək qolu ləğv edib.

Onu da bildirək ki, sözügedən epizod sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri topun məhz “Sabah”ın oyunçusunun əlinə dəydiyini iddia ediblər. İzləyicilər hakimin “Qəbələ”yə qarşı haqsızlıq etdiklərini iddia ediblər.

Qeyd edək ki, sözügedən qərardan sonra matçın nəticəsi dəyişməyib və “Sabah” Xəyal Əliyevin 54-cü dəqiqədə vurduğu yeganə qolla 1:0 hesablı qələbəni qoruyub saxlayaraq xallarını 49-a yüksəldib. Meydan sahibləri isə 14 xalla turnir cədvəlinin 10-cu pilləsində qalıblar.