Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

qebul-olmayanlar-ucun-yeni-sans
Oxunma sayı: 1023

Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerləri ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə biləcəklər.

Qeyd edək ki, ali məktəblərdə boş qalan vakant plan yerlərinin siyahısı yaxın günlərdə dərc olunacaq “Abituriyent” jurnalının 7-ci sayında təqdim ediləcək.