Qəbulun II cəhdinə qeydiyyat başlayır

qebulun-ii-cehdine-qeydiyyat-baslayir
Oxunma sayı: 434

II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-i keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən məlumat yayılıb.

Bildirilib ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-si olacaq.

İmtahan üçün qeydiyyat iyunun 1-i saat 14.00-dan iyunun 8-i saat 23.59-a kimi aparılacaq.