Qələbədən sonra duyğusal qucaqlaşma... - Video

qelebeden-sonra-duygusal-qucaqlasma
Oxunma sayı: 364

Argentina millisinin İngiltərə üzərində dramatik qələbə qazanaraq, dünya çempionatının finalına yüksəldiyi gecədə diqqət çəkən məqamlardan biri kapitan Lionel Messi ilə baş məşqçi Lionel Skaloni arasında yaşanan duyğusal an olub.

“Qafqazinfo” xəbər verir ki, final fitinin səslənməsindən dərhal sonra Argentina futbolçuları meydanda qələbəni qeyd etməyə başladığı vaxt kameralar gecənin ən yaddaqalan görüntülərindən birini lentə alıb.

Belə ki, Lionel Messi ilə Lionel Skaloni bir-birinə sarılaraq sevinc və həyəcanlarını bölüşüblər.

Qeyd edək ki, Argentina millisi İngiltərə üzərində 2:1 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə DÇ-nin finalına yüksəlib. Lionel Messinin iki məhsuldar ötürmə ilə yadda qaldığı görüşdən sonra Argentinanın futbolçuları və məşqçilər korpusu sevincini meydanda azarkeşlərlə bölüşüb. İyulun 19-da keçiriləcək final qarşılaşmasında Argentina İspaniya ilə üz-üzə gələcək.