Qətər Əmiri Azərbaycandadır - Fotolar

qeter-emiri-azerbaycandadir
Oxunma sayı: 727

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.