Qətliama keçmiş arvadının öldürərək başlayıb... - Video

qetliama-kecmis-arvadinin-oldurerek-baslayib
Oxunma sayı: 378

Mersində 6 nəfərin ölümünə səbəb olan silahlı hücum zamanı yaralanan restoran işçisi Mehmet Han Topal dəhşət anlarından danışıb.

“Qafqazinfo”nun xəbərinə görə, o bildirib ki, əvvəlcə şübhəlinin telefon çıxaracağını düşünüblər, lakin o, qəfil silah çıxararaq atəş açıb.

“Elə bildik ki, telefon çıxaracaq, amma birdən silah çıxarıb tətiyi çəkdi. Mən əyildim, o isə məni vurdu. Qulağımın yanından keçdi. Sonra masanın üstündən də atəş açdı və buduma dəydi.

Sonra Sabrini vurdu, boynundan dəydi. İçəridə Ahmet adlı uşağı da başından vurdu. Təşviş içində özümü çölə atdım. O isə qaçdı”.

Qeyd edək ki, hadisə Mersində bir şəxsin keçmiş həyat yoldaşını öldürməsindən sonra müxtəlif ünvanlarda silahlı hücumlar törətməsi ilə başlayıb. Hücumlarda ümumilikdə 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Məlumata görə, Metin Ö. (37) Çamlıyayla rayonunun Darıpınarı məhəlləsində keçmiş həyat yoldaşı Arzu Özdeni (32) qətlə yetirib. Daha sonra qaçaraq Tarsus rayonuna gedib və Kadelli Dörtler məhəlləsindəki restorana silahlı hücum edib. Restoran sahibi Sabri Pan xəstəxanada, işçi Ahmet Ercan Can isə hadisə yerində həyatını itirib.

Şübhəli daha sonra Kaburgediği məhəlləsində heyvan otaran Yusuf Oktayı, Yeniköy məhəlləsində isə yanacaqdoldurma məntəqəsində işləyən yük maşını sürücüsü Abdullah Kocanı güllələyərək öldürüb. Yanacaqdoldurma məntəqəsinin işçisi Gökay Sefiloğlu da hücum zamanı həyatını itirib. Hücumlar nəticəsində 8 nəfərin də yaralandığı bildirilir.

Hadisədən sonra şübhəlinin istifadə etdiyi 01 B 9171 nömrə nişanlı avtomobil Karakütük məhəlləsinin kənd ərazisində tapılıb. Onun meşəyə qaçdığı ehtimal edilir və axtarışlar davam etdirilir. Metin Ö.-nün axtarışına polis helikopteri də cəlb edilib.

Hadisə zamanı ölən şəxslərin nəşləri Tarsus Dövlət Xəstəxanasının morquna aparılıb.