Fransa Prezidenti Emmanuel Makronla İtaliya Baş naziri Corciya Meloni arasında baş verən qeyri-adi salamlaşma səhnəsi ictimai müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Yelisey sarayında keçirilən beynəlxalq görüş çərçivəsində Makron qonaqları qarşılayarkən Melonini öpüş və səmimi qucaqlaşma ilə salamlayıb.
Bu anlar qısa müddətdə sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalar doğurub.
Bəzi media orqanları və sosial şəbəkə istifadəçiləri bu davranışı diplomatik protokol baxımından “qeyri-adi” kimi qiymətləndirib. Digər tərəfdən, hadisənin şişirdildiyini və bunun sadəcə səmimi qarşılanma jesti olduğunu bildirənlər də var.
Qeyd edək ki, liderlər Parisdə keçirilən görüşdə Hörmüz boğazı bölgəsində naviqasiya təhlükəsizliyinin artırılması məsələlərini müzakirə ediblər. Toplantıda regionda gərginliyin azaldılması və qlobal ticarət yollarının təhlükəsizliyinin təmin olunması istiqamətində mümkün birgə addımlar nəzərdən keçirilib.





Son xəbərlər
Son Xəbərlər