BMT Baş katibi vəzifəsinə qeyri-rəsmi səsverməyə Qayanalı Kerolin Rodriges-Birkett liderlik edir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Qapalı səsvermə prosesi zamanı BMT Təhlükəsizlik Şurasının üzvlərindən hər bir namizədə üstünlük verdikləri səsvermə bülletenində “dəstəkləyirəm”, “dəstəkləmirəm” və ya “fikir bildirmirəm” sözlərini qeyd etmələri xahiş olunur.
Nəticələr rəsmi olaraq dərc olunmasa da, nəticələr namizədləri irəli sürən dövlətlərlə məxfi şəkildə paylaşılır.
Qeyd edək ki, hazırkı Baş katib Antonio Quterreşin səlahiyyət müddəti bu ilin sonunda başa çatır.
Son xəbərlər
Son Xəbərlər