Qəzada həlak olan qadın müəllim imiş - Foto

qezada-helak-olan-qadin-muellim-imis
Oxunma sayı: 4181

Xəbər verdiyimiz kimi, noyabrın 9-da Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində həlak olan sərnişin 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva müəllim imiş.

O, Şəmkir rayon İ.Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində çalışırmış.

Qeyd edək ki, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. “Mercedes” və “Opel” markalı maşınların toqquşması nəticəsində sürücülər 2001-ci il təvəllüdlü S.İsgəndərov və 1962-ci il təvəllüdlü F.Əliyev xəsarət alıb. F.Əliyevin avtomobilində sərnişin olan K.Əliyeva isə xəstəxanaya çatdırılsa da, vəfat edib.

Kəbirə Əliyevanın fotosunu təqdim edirik: