Qəzada ölən 10 yaşlı Məhbubənin - Fotosu

qezada-olen-10-yasli-mehbubenin
Oxunma sayı: 6319

Xəbər verdiyimiz kimi, İmişlidə baş vermiş yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada vəfat edib.

“Qafqazinfo”nun “Unikal”a istinadən məlumatına görə, 26 fevral 2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.

Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi. Onun anası Vahidə Əlizadə Məhbubənin hələ bir yaşı tamam olmamış - 10.02.2016 tarixində xəstəlikdən həyatını itirib.

Qeyd edək ki, hadisə nəticəsində 3 məktəbli ölüb, bir nəfər isə xəsarət alıb.