Qəzza üzrə danışıqların növbəti mərhələsi avqustun 15-i Qətərin paytaxtı Dohada baş tutacaq.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisinin müşaviri Dmitri Gendelman deyib.
Onun sözlərinə görə, İsrailin nümayəndə heyətinə MOSSAD-ın direktoru David Barnea rəhbərlik edəcək.
Bildirilir ki, bundan əvvəl HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi hərəkatın Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələrdə iştirak etməyəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, hərəkat bütövlükdə danışıqların əleyhinə olmasa da, hazırda atəşkəsin əldə olunması mümkün deyil. İran hökuməti də avqustun 13-də analoji qərar qəbul edib. İslam Respublikasının BMT-dəki diplomatik nümayəndəliyinin nümayəndəsinin sözlərinə görə, Tehran Qəzza zolağında növbəti sülh danışıqlarına öz müşahidəçilərini göndərməyəcək.