Qəzzada atəşkəs yaxın günlərdə əldə oluna bilər

qezzada-ateskes-yaxin-gunlerde-elde-oluna-biler
Oxunma sayı: 674

“Qəzza zolağında atəşkəslə bağlı İsrail və HƏMAS arasında əldə olunan razılaşma yaxın günlərdə açıqlana bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp açıqlamasında ABŞ-nin İranla nüvə məsələsində razılığa gəlməyə çox yaxın olduğunu da bildirib:

“İranla razılaşmaya çox yaxın olduğumuzu düşünürəm”.

O həmçinin, bildirib ki, o, ölkələr arasında ticarət sazişini müzakirə etmək üçün Çin Sədri Si Cinpinlə görüşəcəyinə əmindir:

“Mən əminəm ki, prezident Si ilə görüşəcəyəm və ümid edirəm ki, biz bunu həll edəcəyik. Amma bəli, aramızdakı razılaşma pozulub”.