Qəzzada bütün çörək zavodları bağlanıb

qezzada-butun-corek-zavodlari-baglanib
Oxunma sayı: 1350

Qəzza zolağında əhali üçün çörək istehsal edən bütün zavodlar fəaliyyətini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.

“Qəzza zolağında dəstəklədiyimiz 25 çörək zavodu yanacaq və un çatışmazlığı səbəbindən bağlanıb. İsti yeməklərin tədarükü davam edir, lakin bu, maksimum iki həftə olacaq”, - məlumatda bildirilib.

Qeyd olunur ki, son məhsullar yaxın iki gün ərzində insanlara paylanacaq.