Qəzzada müharibə başlayandan bəri ilk dəfə Milad bayramı keçirilib

qezzada-muharibe-baslayandan-beri-ilk-defe-milad-bayrami-kecirilib
Oxunma sayı: 285

Qəzza zolağında İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri ilk dəfə Milad mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz Milad bayramını sülh ümidi ilə qeyd etmək istəyirik və əvvəlki bayram hissini qismən də olsa bərpa etməyə çalışırıq. Bütün bunlar kiçik miqyasda həyata keçirilir, lakin biz heç olmasa müharibədən travma almış uşaqlara sevinc bəxş etməliyik”, – agentlik qaçqın Rami əl-Farrdan sitat gətirib.