Qəzzada ölənlərin sayı 20 mini keçdi

qezzada-olenlerin-sayi-20-mini-kecdi
Oxunma sayı: 1561

Oktyabrın 7-dən bu yana Qəzzaya hücumlarda həlak olanların sayı 20 mini keçib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Qəzzadakı hökümət məlumat yayıb.

Onlardan azı 8 mininin uşaq, 6 min 200 nəfərinin qadın olduğu vurğulanıb. Yaralananların sayının isə 52 min 600-ü keçdiyi bildirilib.

Açıqlamada, binaların dağıntıları altında qalan itkinlərin sayının 6 min 700 olduğu, onların 70 faizinin qadın və uşaqlar olduğu qeyd olunub.