Qəzzada qış başlayandan 11 uşaq donaraq ölüb

qezzada-qis-baslayandan-11-usaq-donaraq-olub
Oxunma sayı: 182

Qəzzada qış mövsümünün sərt keçməsi səbəbindən fəslin əvvəlindən bəri 11 uşaq donaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının sözçü müavini Fərhan Haq gündəlik mətbuat brifinqində deyib.

O bildirib ki, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) işçiləri sərt qış şərtləri ilə mübarizə aparan Qəzzadakı ailələrə kömək etməyə davam edirlər.

Bu həftə daha bir uşağın donaraq ölməsi xəbərini paylaşan Haq, qışın əvvəlindən bəri uşaq ölümlərinin ümumi sayını 11-ə çatdığını vurğulayıb.

“BMT və tərəfdaşları oktyabr ayından bəri on minlərlə çadır paylayıb və yarım milyondan çox insana sığınacaq verib. İnsanların çadırlardan asılılığını məhdudlaşdırmaq üçün daha dayanıqlı sığınacaq həlləri çağırışlarımızı davam etdiririk”, - deyə o əlavə edib.