Qırğız nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində sahibkarlarla görüşüb - Fotolar

qirgiz-numayende-heyeti-abseron-ticaret-merkezinde-sahibkarlarla-gorusub
Oxunma sayı: 578

Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində olub. 

İqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyanın 6-cı iclasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan qırğız nümayəndə heyəti ticarət mərkəzində Azərbaycanda kiçik və orta bizneslər üçün yaradılmış şəraitlə tanış edilib.

Görüşdə Qırğızıstanın 15-dən artıq nazirlik və digər dövlət qurumlarını təmsil edən nazir müavinləri, müşavir və digər rəhbər vəzifəli şəxslər, Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov və Azərbaycanın Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri Zamirbek Osmonov və İqbal Babayev, ReefGroup şirkətinin rəhbəri Azər Şükürov, Xəzər Beynəlxalq Fondunun rəhbəri Adəm Bakuvi iştirak ediblər. 

“Abşeron Ticarət Mərkəzi” Müşahidə Şurasının üzvü Elnur Osmanov geniş təqdimatla çıxış edərək, qonaqları Mərkəzlə tanış edib. Qonaqlara məlumat verilib ki, “Abşeron” Ticarət Mərkəzi sahibkarlığa dəstəyi ilə yanaşı, müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir. 300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Sahəsinə, planlanmasına və imkanlarına görə “Abşeron” Ticarət Mərkəzi Avropanın və Yaxın Şərqin bir çox ticarət mərkəzləri ilə müqayisə oluna bilər.

Təqdimatdan sonra ticarət mərkəzini gəzən qonaqlar sahibkarlarla görüşüb, onlar üçün yaradılmış şərait və verilən imtiyazlarla maraqlanıblar.