“Parkzone” tərəfindən “Qış Parkı” ərazisində müasir parklanma sisteminə keçid etmək üçün aparılan təmir və quraşdırma işləri uğurla başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, nömrə tanıma əsaslı, avtomatlaşdırılmış sürətli keçid texnologiyası və onlayn ödəniş imkanları ilə “Qış Parkı” yeraltı parklanma ərazisində sürətli və rahat şəkildə parklanma etmək mümkündür.
Artıq terminal önündə gözləmədən, avtomatik açılan şlaqbaumlar vasitəsilə parklanma ərazisinə təmassız giriş və çıxış, “AzParking” mobil tətbiqi ilə sürətli ödəniş imkanı mümkündür.
Parklanma ödənişlərini “AzParking” mobil tətbiqində “Digər parkinqlər” bölməsinə daxil olub, parklanma edilən ərazini seçərək qısa zamanda ödəyə bilərsiniz.
Onu da nəzərinizə çatdıraq ki, “Qış Parkı” parklanma ərazisi çoxsaylı avtomobil tutumu ilə ölkədə ən böyük yeraltı parklanma məntəqəsidir.
Son xəbərlər
Son Xəbərlər