“Qiymətlər qalxır, amma avtobuslar bərbad vəziyyətdədir...” - Video

qiymetler-qalxir-amma-avtobuslar-berbad-veziyyetdedir
Oxunma sayı: 1018

Sərnişindaşımada gedişhaqları artırılsa da, hələ də bəzi daşıyıcıların xəttə buraxdıqları marşrutlarda xidmət keyfiyyəti dəyişmir. Sərnişinlər salonu çirkli, oturacaqları qırıq, nasaz avtobuslardan istifadə etmək məcburiyyətində qalırlar.

“Qafqazinfo” xəbər verir ki, bu şikayətlə Baku TV-yə sakinlər müraciət ediblər. Onların sözlərinə görə, marşrut avtobuslarının içərisi vaxtlı-vaxtında təmizlənmir.

“Köhnə avtobuslardır, yenilənsə yaxşı olar. Qiymətlər qalxır, amma xidmət göz önündədir. Avtobuslar çox bərbad vəziyyətdədir, sınıq, içərisi zir-zibil...” - sərnişinlər bildiriblər. 

Sürücülər isə salonun tez-tez təmizləndiyini, oturacaqlardakı kirin əslində qaraltı olduğunu iddia ediblər. 

Bildirilib ki, görüntülər 525, 156 və 92 saylı müntəzəm marşrut xətlərində lentə alınıb.

Daha ətraflı süjetdə: